Siyasət

“Yaxşı olar ki, Ombudsman işgəncə və həbslərə diqqət ayırsın” – Hüquq müdafiəçisi

16 May, 2019
614
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova mayın 18-dən iyunun 18-dək Azərbaycanda "İnsan Hüquqları Ayı”nın keçirilməsi təklifi ilə çıxış edib. 

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Məlumata görə, E.Süleymanova bununla bağlı dövlət orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə ToplumTv-yə bildirib ki, bu kampaniyanın insan haqlarının yaxşılaşmasına müsbət təsir edəcəyinə inanmır: "Mən inanmıram ki, Azərbaycanda belə kampaniyaların keçirilməsi insan haqlarının yaxşılaşmasına necəsə təsir etsin. Azərbaycanda insan haqlarının durumunu Elmira Süleymanova və digərləri onsuz da daha dərindən  yaxşı bilir. Amma yenə mən onları "Gəncə işi” ilə bağlı hazırda keçirilən məhkəmə proseslərinə dəvət edirəm. Orada həmin şəxslər Azərbaycanda insan haqlarının hansı durumda olmasını çox yaxşı görə bilər”.


Oqtay Gülalıyev 
 
Hüquq müdafiəçisi Azərbaycanda insan haqları pozutularının beynəlxalq təşkilatlar tərəfindən də tanındığını deyib: "Azərbaycanda kifayət qədər siyasi məhbus var və Azərbaycanda kifayət qədər insanlar şərlənib həbs olunur, müəmmalı şəkildə qətlə yetirilir, ağır işgəncələrə məruz qalır. Amma çox təəssüf ki, hazırda bu amansızlığı, bu cinayəti edənlər deyil, bu cinayəti ictimailəşdirənlər və zərərçəkənləri müdafiə edən şəxslərin  tutulması prosesi gedir. Yaxşı olar ki, Ombudsman bu məsələlərə - işgəncələrə, həbslərə, onları ictimailəşdirənlərin məruz qaldığı təzyiqlərə diqqət ayırsın”.
 
Hüquq müdafiəçisi Rəsul Cəfərov isə bu tip kampaniyanın  ilk dəfə keçirilmədiyini qeyd edərək bu halın təəssüfləndirici hal olduğunu deyib: "Bu birinci dəfə deyil ki, baş verir. Artıq 10 il, bəlkə də, 10 ildən də çoxdur ki, belə kampaniyalar keçirilir. Mənə elə gəlir ki, əvvəlki illərdə necə olubsa, bu il də o cür keçəcək. Əslində, bu, təəssüfləndirici bir haldır. Ümumilikdə insan hüquqları ayı və ya insan hüquqları ilə bağlı hər hansı bir simvolik tədbirlər, bu kimi başqa aksiyalar çox yaxşı bir şeydir. Amma təəssüf ki, biz bunun ciddi şəkildə həyata keçdiyini görə bilmirik. Məsələn, bu ayda nələr baş verir,
nə işlər görülür, əgər hansısa tədbirlər keçirilirsə, orada kimlər iştirak edir, müstəqil vətəndaş cəmiyyəti təşkilatları, hüquq müdafiəçiləri orada varmı və s.  Yəni bu suallar hər biri açıqdır və uzun illərdir bu formada davam edir”. 


Rəsul Cəfərov 
 
Rəsul Cəfərov "siyasi məhbus” və digər problemlərə də toxunaraq "İnsan Hüquqları Ayı”nda bu problemlərə diqqət yetirilməyəcəyini deyib: "Biz bu prosesdən hər hansı real bir nəticə görmürük. Çox yaxşı olardı ki, bu ay hansısa problemlərin həlli ilə müşaiyət olunsun. Məsələn, bir sıra siyasi məhbusların azadlığa buraxılması davam edərdi. Çünki martdan sonra faktiki proses dayanıb və heç bir siyasi məhbus azadlığa buraxılmayıb. Yaxud da başqa bir məsələ müzakirə olunardı. Amma təəssüf ki, bu çox formal, quru və heç bir ciddi nəticəsi olmayan aksiyadır”.

Mayın 16-da Ombudsman Aparatı Azərbaycanda "İnsan Hüquqları Ayı”nın elan olunması barədə məlumat yayıb.

Məlumatda deyilir ki. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək Azərbaycanda "İnsan Hüquqları Ayı”nın keçirilməsi elan olunub. 

"İnsan Hüquqları Ayı” çərçivəsində müvafiq qurumlar tərəfindən əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda konfrans və müxtəlif maarifləndirmə tədbirlərinin təşkili və görülən işlər haqqında məlumatlar, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflər 10 iyun 2019-cu il tarixədək Ombudsmana təqdim edilməlidir.

Aylığın nəticələri ümumiləşdirilərək təhlil olunacaq və ictimaiyyətə açıqlanacaq.

Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycanda "İnsan Hüquqları Günü” kimi qeyd olunur.

Şəhla Abbas


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo