Dünya

Yəməndə 85 min uşaq aclıqdan ölüb

21 Noyabr, 2018
1652
Yəməndə 3 ildir davam edən müharibədə qida çatışmazlığı səbəbilə həyatını itirən, yaşı 5-dən aşağı olan uşaqların sayı 85 minə çatıb.

Məlumatı Beynəlxalq xeyriyyə təşkilatı "Save the Children" ("Uşaqları qoruyun") yayıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) da ötən ay bildirmişdi ki, 14 milyon yəmənli aclıq təhlükəs ilə üz-üzədir.
Ölkədə 22 milyon insana humanitar yardım lazımdır.
 
 

Müharibə və Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya qüvvələrinin mühasirəsi nəticəsində ölkədə son 100 ilin ən böyük qida böhranı yaşanır.

Ölkənin ən böyük liman şəhəri Hudeyda şiə husilər tərəfindən ələ keçirilib. Tərəflər Hudeyda şəhərində keçən həftə sonu qarşılıqlı hücumları dayandıracağını açıqlamışdı.

Amma bölgədən münaqişə və bombardman xəbərləri hələ də gəlir.

Müharibədən əvvəl Yəmənin qida idxalının 90%-i bu limanda həyata keçirilirdi.

"Save the Children" idxalın 55 min ton aşağı düşdüyünü bəyan edib. Bu miqdar 2.2 milyonu uşaq olmaqla 4.4 milyon insanın qida ehtiyaclarına təsir edib.

Ərzaq məhsulların bahalaşması və ölkə valyutasının dəyərsizləşməsi əhalinin yetərli qida əldə etməsinə təhlükə yaradır.

BMT-nin məlumatına görə, müharibədə azı 6 min 800 insan həlak olub, 10 min 700-dən çox insan yaralanıb.

Dərman qıtlığının da yaşandığı Yəməndə 1,2 milyon insanın kolera xəstəliyindən əziyyət çəkdiyi deyilir.

BMT müharibəni bitirmək üçün danışıqlara qayıtmaq uğrunda mübarizə aparır.
 
Pərvanə Qurbanlı
Toplum Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo