11:02, 17 Oktyabr 2019 (Cümə axşamı) 506

Yeni agentlik yaradılıb

Yeni agentlik yaradılıb
Oktyabrın 16-da Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.

Bu barədə prezident İlham Əliyev bu gün, oktyabrın 16-da fərman imzalayıb.

Sənədə əsasən, «Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Fərman ilə Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar yeni qurum vasitəsilə həyata keçirilməlidir.

Bu il yanvarın 17-də prezidentin sözügedən fərmanı ilə Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilmişdi və onun funksiyaları nazirliyin Aparatına verilmişdi.

Maliyyə Nazirliyinin bu il iyulun 1-nə olan məlumatına görə, Azərbaycanın dövlət borcu 8 milyard 920 milyon ABŞ dollarına bərabərdir.