12:43, 08 Oktyabr 2019 (Çərşənbə axşamı) 172

Yeni Baş Nazir təyin olundu

Yeni Baş Nazir təyin olundu
Azərbaycan Milli Məclisi bu gün keçirilən plenar iclasda Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verib.

Bu barədə "Report”  məlumat yayıb.

Məlumata görə iclasda "Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edilib.

Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

Daha sonra Əli Əsədov çıxış edərək göstərilən etimada görə təşəkkür edib və etimadı doğruldacağını bildirib.