12:55, 29 Noyabr 2019 (Cümə) 76

Yeni Ombudsman seçildi

Yeni Ombudsman seçildi
Milli Məclisin plenar iclasında Səbinə Əliyeva Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Məlumatı "report" yayıb.

Məlumata görə, namizədlər barədə Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib.

Ombudsman vəzifəsinə üç nəfərin - Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülüb. 

Səbinə Əliyeva Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovun həyat yoldaşıdır.

İndiyə qədər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edirdi. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. 

Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Uğur Fərzəli