11:30, 04 Oktyabr 2019 (Cümə) 158

“Yeni qanunvericilik paketi üzrə iş yekunlaşmaq üzrədir” - Fuad Ələsgərov

“Yeni qanunvericilik paketi üzrə iş yekunlaşmaq üzrədir” - Fuad Ələsgərov
"Hazırda məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin əməkdaşlarından ibarət işçi qruplar fəaliyyət göstərir”.

"Report.az" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində "Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

Fuad Ələsgərov bildirib ki, yeni qanunvericilik paketi üzrə iş yekunlaşmaq üzrədir.