16:57, 25 Oktyabr 2020 (Bazar) 87

Yeni "rekord" - 946 nəfər koronavirusa yoluxub

Yeni
Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 25-də yaydığı məlumata görə, 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib.

Bu günə qədər ölkədə 49 min 958 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 41 min 279 nəfərin sağaldığı, 671 nəfərin vəfat etdiyi bildirilir. Aktiv xəstə sayının 8009 nəfər olduğu deyilir.

Rəsmi məlumata görə, ötən müddətdə 1 milyon 291 min 534 test aparılıb, bugünkü test sayı isə 10 min 37-dir.