14:56, 19 Noyabr 2020 (Cümə axşamı) 118

Yerevanda Paşinyanın istefası tələbiylə mitinq keçirilir - VİDEO

Yerevanda Paşinyanın istefası tələbiylə mitinq keçirilir - VİDEO


/ DÜNYA
Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Yerevanda əsas yolları bağlayıblar. Aksiyanın əsas təşkilatçısının "Daşnaksütyun” partiyasının gənclər qanadı olduğu bildirilir. Bu barədə "Sputnik Armenia" noyabrın 19-da məlumat yayıb.

Mitinq nəticəsində Yerevanın mərkəzi hissəsi bağlanıb və mərkəzi yollarda nəqliyatın hərəkəti dayanıb. Mitinqin əsas hərəkətverici qüvvəsi olan gənclər keçidləri, yolları bağlayaraq "Nikol, satqın" şüarı səsləndirir, patriot himnlər oxuyurlar. 

Polis qüvvələri avtomobil yolunu etirazçılardan təmizləmək üçün mitinqə müdaxilə ediblər. Amma aksiya iştirakçılarını dağıtmaq mümkün olmayıb.