Sosial

Yerli tibb məntəqələrində vəziyyət necədir?

29 Mart, 2020
985
Son günlərdə Azərbaycanda ərazi üzrə sahə həkimlərinin və tibb bacılarının ev-ev gəzərək qeydiyyat apardıqları və sakinlərin hərarətini ölçmələri barədə məlumatlar müzakirə mövzusu olub.

Sosial mediada bəzi istifadəçilər isə bunun həmin işçilər üçün nə dərəcədə təhlükəsiz olmalarını sorğulayıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, həmin işçilərin təhlükəsizliyi ilə bağlı narahatlıq olmayıb. 

Qurum bildirib ki, həmin adamların  maskaları olub.

Bəs hazırda xəstəxanalarda və tibb heyətində virusla bağlı qabaqlayıcı tədbirlər hansı səviyədə görülür?

Toplum Tv-nin Goranboy rayon müxbiri məsələni araşdırıb.

Məsələ ilə bağlı Goranboy rayonunda yerləşən ərazi üzrə tibb məntəqələri ilə əlaqə saxladıq.

Hər gün minlərlə insanın temperaturunu ölçən tibb işçilərindən koronavirusa qarşı hansı qabaqlayıcı tədbirlər gördüklərini və qoruyucu vasitələrlə  təmin olunub-olunmadıqların öyrənməyə çalışdıq.

Yerli tibb məntəqələrindən biri bildirib ki, karantin rejimi elan olunandan bu günə qədər Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən 3 ədəd tibbi spirt, 3 ədəd tibbi tənzif və 1 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qoruyucu kombinezon dəsti ilə təmin olunublar.

Məsələni daha ətraflı öyrənmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən verilən məlumata görə, ərazi üzrə tibb məntəqələrini qoruyucu dezinfeksiyaedici vasitələrlə Rayon Mərkəzi xəstəxanaları təmin etməlidir.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rüstəm Budaqov isə bizə yalnış məlumat verildiyini qeyd etdi.

Baş həkim bildirdi ki, Goranboy Rayonun Mərkəzi Xəstəxanasına bu təyinatlı vəsait ayrılmayıb və bu məsuliyyətin başqa qurumlara aid olduğunu bildirdi.

Göründüyü kimi, hazırda Goranboy rayonunda yerli tibb məntəqələrində vəziyyət o qədər ürəkaçan deyil. Və rəsmi qurumlar heç biri bu məsuliyyəti üzərinə götürmür.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamına əsasən tikintisinin başa çatdırılması məqsədi ilə 22.35 milyon manat ayrılan Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışı 3 mart tarixində olub. 

Xəstəxana hal hazırda koronavirusun müalicəsi üçün qərargah kimi fəaliyyət göstərir.

Şahbanu
Goranboy-Bakı-Goranboy

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo