10:31, 13 Noyabr 2018 (Çərşənbə axşamı) 159

Yevlaxda mikroavtobus qəzaya düşüb, yaralılar var

Yevlaxda mikroavtobus qəzaya düşüb, yaralılar var
Yevlax rayonunda mikroavtobus qəzaya düşüb.

"Report"un məlumatına görə, hadisə noyabrın 13-də Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, mikroavtobusla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində, 10-na yaxın sərnişin yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.