Sosial

“Yoluxma ildırımsürətli ola bilər”

31 Mart, 2020
2273
Koronavirus epidemiyasının yayılması ilə əlaqədar olaraq qadağalar sərtləşdirilib. 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov əahlini karantin rejiminə əməl etməyə çağırıb: "20 günlük müddətdə həmrəylik göstərib bu rejimə əməl etsək inanıram ki, sağalma sayı sürətlə artacaq və dinamika dəyişəcək". O bildirib ki, bu gün ölkədə koronavirusa yoluxmanın sürəti sağalmanın sürətini dəfələrlə üstələyir: "Bu dinamikanı dəyişsək, yəni sağalmanın sürətini artırsaq 20 gündən sonra sərbəstləşmə tədricən verilə bilər". 

Bakı xəstəxanalarının birində karantin rejimində çalışan həkim Aydın Əliyev özünün "facebook" səhifəsində əhaliyə müraciət edərək vəziyyətin ciddiliyini nəzərə almağı xahiş edib: "Əziz dostlar! Mən karantin xəstəxanasında çalışan bir həkim kimi hər kəsdən xahiş edirəm! Tələb edirəm! Yalvarıram! Necə istəyirsiz qəbul edin! Məsələ çox ciddidir! Böyük əksəriyyət başa düşmür təəssüf ki! Koronavirusla bağlı qərargahın qərarlarına mütləq şəkildə hətta artıqlaması ilə əməl etmək çox vacibdir! Biz həkimlər bunun nə ilə nəticələnə biləcəyini görürük, ona görə də çox narahatıq! Hamı evdə qalsın! Heç kim bayıra çıxmasın! Yoluxma ildırımsürətli artım ola bilər! Ən böyük dövlətlər belə aciz qalır bunun qarşısında! Artım çox olsa nə dərman, nə həkim sayı, nə də digər tibbi personal sayı çatışmayacaq! Allah hamımıza kömək olsun!"

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo