10:35, 05 Sentyabr 2019 (Cümə axşamı) 58

Yunanıstan İngiltərəyə aparılanheykəllərin geri qaytarılmasını tələb edir

Yunanıstan İngiltərəyə aparılanheykəllərin geri qaytarılmasını tələb edir


/ DÜNYA
Yunanıstan Parfenon heykəllərinin Böyük Britaniyaya daşınmasını qanunsuz hesab edir və onların geri qaytarılmasını tələb edir.

RİA "Novosti" xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Stelios Petsas  keçirdiyi brifinqdə bildirib.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Britaniyanın "Observer" qəzetinin bazar günü buraxılışında dərc olunan müsahibəsində bildirib ki, 1821-ci il azadlıq müharibəsinin başlamasının 200 illiyində Yunanıstan heykəllərini "ilk addım" olaraq qaytarmaq istəyi ilə İngiltərənin Baş naziri Boris Consona müraciət edəcəyini deyib.