13:09, 11 İyul 2019 (Cümə axşamı) 41

Yunanıstanda fövqəladə vəziyyət elan edildi

Yunanıstanda fövqəladə vəziyyət elan edildi


/ DÜNYA
Yunanıstanın şimalındakı Xalkidiki yarımadasında kəskin hava şəraitinin səbəb olduğu fəsadlarla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Bu barədə "Trend" məlumat verib.

Məlumat görə, bölgədə ötən gecə tüğyan etmiş qasırğa altı nəfərin ölümünə səbəb olub. Bir nəfər itkin düşüb, yüzə yaxın şəxs xəsarət alıb.

Qasırğa nəticəsində çox sayda ağac qırılıb, yaşayış evləri dağılıb.

Yunanıstan hökumətinin nümayəndələri bölgəyə səfər ediblər. Hazırda qasırğanın fəsadlarının aradan qaldırılması davam edir.