Dünya

Yunanıstanda mühafizəkarlar partiyası parlament seçkisini qazanıb

8 İyul, 2019
484
Yunanıstanda mühafizəkar Yeni Demokratiya partiyası parlament seçkisini udub. 

Bu barədə Azadlıq Radiosu xəbər verir.

Son dörd ildə ölkəni idarə etmiş sosialist Baş nazir Alexis Tsipras isə seçicilərdən təpki görüb.

Artıq bülletenlərin 80 faizindən çoxu sayılıb. Yeni Demokratiya səslərin 39,7, Tsipras-ın Syriza partiyası isə 31,6 faizini yığıb. İfrat sağçı Qızılı Üfüq partiyası parlamentə keçməkdən ötrü 3 faizlik baryeri aşmağa çalışır.

Yeni Demokratiyanın lideri Kyriakos Mitsotakis seçicilərə "Yunanıstana dəyişməyə güclü mandat” verdiklərinə görə təşəkkür edib.

"Bu gündən çətin, ancaq gözəl savaş başlayır”, – o vurğulayıb.

51 yaşlı Mitsotakis seçki kampaniyası dövründə vergiləri azaldacağını, investisiya cəlb edəcəyini vəd edib.

Məğlubiyyəti etiraf edən Tsipras deyib ki, "vətəndaşlar seçimlərini ediblər”.

44 yaşlı Tsipras Skopye ilə qonşu ölkənin adının dəyişdirilməsi üzrə razılaşma əldə edib. Hər iki ölkənin millətçiləri Makedoniyanın adının Şimali Makedoniyaya çevrilməsini nəzərdə tutan sazişə qarşı çıxıblar. Ancaq razılaşma qüvvəyə minib.

Tənqidçiləri Tsipras-ı həmçinin 2010-cu ildə başlanmış maliyyə böhranına görə ittiham ediblər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo