13:58, 10 İyun 2019 (Bazar ertəsi) 82

Yunanıstanda türk diplomatların avtomobilləri yandırılıb

Yunanıstanda türk diplomatların avtomobilləri yandırılıb


/ DÜNYA
Yunanıstanın Selanik şəhərində Türkiyənin diplomatik nümayəndəliyinin iki avtomobilini yandırıblar.
 
Türkiyə mediasının verdiyi xəbər görə, hadisə iyunun 10-da səhər saatlarında baş verib.

Avtomobilləri yandıranın (yandıranların) kimliyi hələlik məlum deyil.

Diplomatik dövlət nömrə nişanlı maşınlardan biri Türkiyənin Selanikdəki ticarət attaşesi Serkan Buralın xidməti avtomobildir. Hadisə onun evinin qarşısında baş verib. 

Bu hadisədən qısa müddət sonra S.Buralının evindən, təxminən, bir km aralıda beynəlxalq təşkilatlardan birində işləyən Türkiyədən olan qadına aid avtomobilin üzərinə benzin tökülərək yandırılıb.

Yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq, avtomobillər yararsız vəziyyətə düşüb.

Yunanıstan polisi və təhlükəsizlik orqanları hadisələrlə bağlı araşdırma aparır.