Sosial

"Yunis Səfərovun öldürülməsi ilə bağlı məlumat yalandır"

29 Yanvar, 2019
889
"Yunis Səfərovun öldürülməsi ilə bağlı yayılan məlumatlar tam yalandır, həqiqəti əks etdirmir”.

"Turan” agentliyinin xəbərinə görə, bunu Penitensiar Ximdətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Meydan.tv-nin rəhbəri Emin Milli Gəncə hadisələrinə görə həbs edilən Yunis Səfərovun anasına istinadən belə bir məlumat yaymışdı.

Emin Millinin sözlərinə görə, Yunis Səfərovun anası çox narahatdır ki, oğlunu həbsxanada öldürüblər. Onun dediyinə görə, ona belə məlumatlar çatır.

Öz növbəsində isə Penitensiar Xidmət bu iddianı rədd edib: "Yunis Səfərovun öldürülməsi ilə bağlı yayılan məlumatlar tam yalandır, həqiqəti əks etdirmir. Yunis Səfərovun vəkili onunla görüşür”, Penitensiar Ximdətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Bundan əvvəl Yunis Səfərovun yaxınları ona ağır işgəncə verildiyi ilə bağlı da məlumatlar aldıqlarını iddia etmişdilər. Amma bu şikayətlər də rəsmən təsdiqini tapmamışdı.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (sonra işdən çıxarıldı) Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Yunis Səfərovun terror aktını törətməkdə məqsədi şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Hələlik, Yunis Səfərov bu iddialarla bağlı münasibətini ictimaiyyətə açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluq bütün bu hadisələrlə bağlı indiyədək 70-dən çox şəxsin həbs edildiyini açıqlayıb.

Habelə, silahlı müqavimət göstərdiyi bildirilən 5 nəfərin də zərərsizləşdirilərək öldürüldüyü bildirilib. Amma öldürülən həmin şəxslərdən bəzilərinin yaxınları onlarda silah olması haqqında hüquq-mühafizə orqanlarının iddialarını rədd ediblər.

Üstəlik, bəzi hüquq müdafiəçiləri həmin hadisələrlə bağlı öldürülən şəxslərin 10-a yaxın olduğunu iddia edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo