14:09, 08 May 2019 (Çərşənbə) 47

"Yüz ilin müqaviləsi"nin detalları bəlli oldu



/ DÜNYA
İsrail və Fələstin arasında olan münaqişənin həlli planının rəsmi olmayan müddəaları yayımlanıb.

İsrailin "İsrael HaYom” qəzeti ABŞ, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və Misir dövlətinin İsrail və Fələstin arasındakı münaqişənin yaxın zamanda sona çatması üçün çalışdığını, ABŞ prezidenti Donald Trampın yaxın günlərdə bu mövzu ilə əlaqədar açıqlama verəcəyi gözlənildiyini yazıb.

Qəzetdə münaqişənin həlli üçün yer alan, lakin bu barədə hər hansı rəsmi açıqlama verilməyən müddəalar bunlardır:

- İsrail – Fələstin Qurtuluş ordusu – Həmas arasında razılaşma əldə olunacaq. Bu razılaşmaya əsasən Qərbi Şəria bölgəsi istisna olmaqla Qəzza zolağında "Yeni Fələstin” adlı dövlət yaranacaq. Qərbi Şəria ərazisi yenə də İsrailin nəzarətində qalacaq. 

- Qüds şəhəri İsrail və Yeni Fələstin arasında bölünməyəcək və paylaşılmayacaq. Bu şəhər hər iki dövlətin paytaxtı olaraq qəbul olunacaq. 

- Qüdsdə yaşayan ərəblər Yeni Fələstin dövlətinin vətəndaşları sayılacaq. Ərəblərin yəhudilərdən ev almasına icazə verilməyəcək. Bu qərar eynilə yəhudilər üçün də keçərli olacaq.

- Yeni Fələstin dövlətinin qurulması üçün maddi dəstək olacaq ölkələrin başda ABŞ olmaqla, Avropa Birlyi ölkələri olacağı təxmin edilir. Dəstəkləyici ölkələr tərəfindən yaxın 5 ildə Yeni Fələstində keçiriləcək olan layihələr üçün 30 milyard dollar büdcə formalaşdırılacaq.

- Yeni Fələstin dövlətinin ordusu olmayacaq. Sadəcə polislərə yüngül silah gəzdirməyə icazə veriləcək. İsrail dövlətinin Yeni Fələstini bütün xarici hücumlardan qorumaq öhdəliyi olacaq.

Vüqar Mirzəbəy