11:47, 26 Noyabr 2019 (Çərşənbə axşamı) 61

Zəhərlənən tələbə qızlardan daha biri evə buraxılıb

Zəhərlənən tələbə qızlardan daha biri evə buraxılıb
Bakıda kirayə qaldıqları mənzildə zəhərlənən 6 tələbə qızdan daha biri evə buraxılıb. 

Trend-in məlumatına görə, daha öncə 4 nəfər evə buraxılmışdı.

Hazırda 1 tələbə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicəsini davam etdirir.

Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.