15:30, 20 Oktyabr 2020 (Çərşənbə axşamı) 68

Zəngilan şəhəri işğaldan azad edilib

Zəngilan şəhəri işğaldan azad edilib

Bunu oktyabrın 20-də İlham Əliyev xalqa müraciəti zamanı deyilib.


O, həmçinin Zəngilan rayonun 6 kəndi, Füzulinin 6 kəndi, Cəbrayılnın 7 kəndi və Xocavəndin 5 kəndi işğaldan azad edildiyini də bildirib.


Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyi, Həkəri, Şərifan,Muğanlı, Füzuli rayonunun, Dördçinar,Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar,Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun, Sarabşa, Həsənqaydı, Füğanlı, İmambağrı, Daşveysəlli, Yarəhmədli, Ağtəpə, Xocavənd rayonunun Ağcakənk, Mülkidərə, Daşbaşı, Günəşli, Vəng kəndləri işğaldan azad edilib.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir.

Oktyabrın 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yenidən humanitar atəşkəs razılaşması imzalanıb.