Siyasət

Zərdüşt Əlizadə: “Xarici işlər nazirinin Amerikaya səfərindən heç nə gözləmirəm”

20 Oktyabr, 2020
553
"Münaqişənin gedişatına təsiretmə imkanı ən çox Rusiya və Türkiyədədir. Amerika ilə Fransanın təsir imkanları qat-qat aşağıdır. Amerika nə Ermənistana, nə də  Azərbaycana o qədər təsir edə bilməz ki, onlar indiuktiv olaraq geri çəkilsinlər”. 

Siyasi şərhçi Zərdüşt Əlizadə Xarici işlər naziri Ceyhun Bayramovun  ABŞ-a səfərilə bağlı gözləntilərini "Toplum TV" ilə bölüşərkən belə deyib. 
Zərdüşt Əlizadənin fikrincə, Ermənistan "öldü var, döndü yoxdur”, "Qarabağ müstəqil olmalıdır” , Azərbaycan isə "ərazisi bütövdür” deyir, yəni danışıq predmenti ola bilməz. Hazırda belə şəraitdə hansısa güzəştli sülh haqqında danışmaq qeyri-mümkündür. 

Şərhçi hesab edir ki,  Amerikada bütün fikirlər daxili  seçkilərdədir: "Mən Xarici işlər nazirinin bu görüşündən heç nə gözləmirəm. Çünki noyabrın 3-də ABŞ-da səsvermədir. Trampla Co Bayden bir-birini qırırlar. Yəni kiminsə vecinə deyil ki, yer kürəsinin  o biri tərəfində iki balaca dövlət bir-biri ilə didişir. Düşünmürəm ki, Amerika bu məsələyə həddən artıq böyük qiymət verəcək”. 
"Onların başlıca məqsədi uğurla irəliləyən Azərbaycanın qarşısını necə olursa- olsun almaqdır” 
 
Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərə görə, bu görüş Minsk Qrupunun Azərbaycana qarşı siyasi-diplomatik hücuma keçməsinin növbəti nümayişidir:   "Onların öz aralarında rəqabət gedir və təşəbbüsü bir-birinin əlindən qapmağa çalışırlar. Humanitar atəşkəs adı ilə Moskva bir çıxış edib və kim münaqişənin həllində  təşəbbüslə çıxış edirsə, onun nüfuzu və çəkisi də artır. Ona görə də indi Vaşinqton öz ağırlığını  qoymaq istəyir və növbəti belə təşəbbüslə çıxış edir”. 


 Sülhəddin Əkbər hesab edir ki, burada həm də Amerikada seçkiqabağı erməni diasporasının  səsini qazanmaq kimi siyasi niyyət var: "Mən Minsk Qrupuna "Erməni Dostluq Qrupu” deyirəm. Bu qrupdan yaxşı şey gözləmirəm və Azərbaycan bu səfərlərə getməməlidir. Getsə də, yalnız texniki xarakter daşımalıdır”. 
 
"Görüşlərin keçirilməsi müsbətdir” 
 
Deputat Razi Nurullayevin sözlərinə görə, Azərbaycanın diplomatik vasitələri geri çəkilmədiyini beynəlxalq aləmə də  göstərir: "Mənə elə gəlir ki, prezidentin tapşırığı ilə Ceyhun Bayramov bir daha onların nəzərinə çatdıracaq ki, Azərbaycan BMT-nin qəbul etdiyi qətnaməni yerinə yetirir. Azərbaycan öz ərazisində müharibə aparır, Ermənistan ərazisinə iddiası yoxdur”. 



Deputatın fikrincə, Azərbaycan danışıqlar zamanı əvvəlki prinsiplərə o zaman qayıdar ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyar: "Bunu Ermənistan ictimai şəkildə dilinə gətirməlidir və Dağlıq Qarabağa müstəqillik iddiasından əl çəkməlidir”. 
Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 23-də ABŞ-a səfər edəcək. O, dövlət katibi Mayk Pompeo və ATƏT-in Minsk Qrupunun həmsdərləri ilə görüş keçirəcək. 

Azərbaycan XİN-in rəsmisi Leyla Abdullayeva bildirib ki, Bayramovun erməni həmkarı Mnatsakanyanla görüşü planlaşdırılmır. 
 
Elmar Əziz

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo