Araşdırma

Dələduzların toruna düşən ev alanlar nə etməlidir? - ARAŞDIRMA

Samirə Əli
1 Dekabr, 2022
617

Yeni binalardan mənzil alanlar hələ onun sevincini yaşamamış, xəbər çıxır ki, evin başqa bir sahibi var. Artıq bu şikayətlər illərdir eşidilir. 

Azər Talıbov Bərdədəki dam-daşını satıb, üz-tutub Bakıya. Bir müddət işləyib  2020-ci ildə özünə ev alıb. Elə problemlər də bundan sonra başlayıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qanunvericiliyə diqqət çəkir. Deyir, boşluqlar aradan qaldırılsa, ev alanlar da dələduzluqla məşğul olan tikinti şirkətlərinin toruna düşməz. 

Azər Talıbov və həmin MTK-dan mənzil alan zərərçəkənlər apardıqları mübarizədə qalib gəlib. “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir. Amma belə hallar çox deyil. Yüzlərlə aldadılan vətəndaşların aqibəti bəlli deyil. Məsələn, "PROQRESS 2016" Mtkdan mənzil alan vətəndaşlar illərdir qapı-qapı qurumları gəzib, haqlarını istəyirlər, hələki səslərinə səs verən yoxdur.

Baş Prokurorluq mütamadi mətbuatda vətəndaşların verdikləri şikayətlər əsasında MTK rəhbərlərinin həbs olunması xəbərlərini paylaşır. Amma heç də tələyə düşmüş ev alanların hüquqları həmişə təmin olunmur.

Vəkil Elçin Sadıqov deyir ki, praktikada barələrində cinayət işi açılmış MTK rəhbərlərinin qeyri qanuni yollarla işdən sıyrılmalarının şahidi olub. Deyir, cinayət işi açılmış ŞƏRUR mtk sədri təsis sənədlərini “ Qlobal Azəri” MTK-nın balansına keçdiyinə görə, yerli məhkəmə də həbs qərarını geri götürüb, zərərçəkən vətəndaşın işi isə havada qalır:

Mənzil fırıldaqçılığı ilə bağlı işlər Avropa insan haqları məhkəməsinə qədər gedib çıxıb. Məhkəmə Şərur MTK-dan qalmaqallı ev alan Fikrət Paşayevin işinə baxıb. 

Vətəndaşlar  Prezident Administrasiyasına  külli miqdarda əmlaklarını dələduzluq yolu ilə ələ keçirmiş tikinti şirkətləri haqqında müraciətlər ediblər.  Qalmaqallı şəkildə gündəmə gələn bir sıra tikinti şirkətlərinin adları prezident administrasiyasının səlahiyyətli şəxsləri tərəfindən vaxtilə mətbuatda da açıqlanıb.

İllərdir kirayədə yaşayan, kreditlə ev alan vətəndaşlar, necə deyərlər, yağışdan çıxıb, yağmura düşüb. Nə evlərini ala bilirlər, nə pullarını.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Araşdırma

Maşın bazarında qəbzsiz milyonlar - Dövlət Vergi Xidməti susur

Fatimə Mövlamlı
16 May 2023
Ümid Ümidli Babək prospektində yerləşən maşın bazarında avtomobil detalları satmaqla məşğul imiş. Deyir, icarəyə götürdüyü dükana görə hər ay bazar rəhbərliyinə iki min manatdan çox pul ödəyirmiş. Amma bu pulun qarşılığında qəbz almaq istəyəndə bazar rəhbərliyi ona mənfi cavab verib.     Ümid Ümidlinin sözlərinə görə, bundan sonra bazar rəhbərliyilə münasibətləri korlanıb və daha orada qalıb işləyə bilməyib.     Həmin maşın bazarındakı başqa sahibkarlar da deyir ki, hər ay ödədikləri icarə pulunun qarşılığında onlara qəbz verilmir. Sahibkarlar düşünür ki, buna səbəb onlardan icarənin rəsmi qiymətindən artıq pul alınmasıdır. Bundan başqa icarə qiymətlərinin  bahalığından da şikayətlənsələr də, kamera qarşısına çıxmaqdan...
Araşdırma

Polis saxtakarlığı? Videogörüntülər həbs məkanının saxta olduğunu göstərir 

Fatimə Mövlamlı
22 Aprel 2023
Bura Haşımovlar ailəsinin Yasamal rayonunda yerləşən evidir. Ailə üzvləri deyir, oğulları Məhəmməd Haşımov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıb. Məhəmməd Haşımov Aviasiya Akademiyasının Hüquq fakultəsində təhsil alırdı. Atası Habil Haşımov deyir, 29 mart tarixində Xətai rayon 34-cü polis bölməsindən ona zəng edib deyiblər ki, oğlu ilə bərabər bölməyə yaxınlaşsın.  Habil Haşımovun sözlərinə görə, 34-cü polis bölməsində ona əsasən İranla bağlı suallar veriblər:  “Biz orada olanda mənə bu sualı verdilər ki, sənin İranla bir əlaqən var? İrana gedib-gəlmisən? Mən bildirdim ki, xeyr. Oğluma da həmin sualı veriblər. Biz sadəcə namaz qılanıq, oruc tutanıq,...

Seçilmiş Videolar

Toplum TV loqo