Azərbaycanda şəhərlər arası işsizlik səviyyəsinə görə ən yüksək göstərici Bakı şəhərindədir. Dövlət statistika komitəsinin verdiyi məlumata görə, ötən il paytaxt şəhərdə 95 min 900 nəfər işsiz kimi qeydə alınıb.
Azərbaycanda 20-25 yaş arasında olan və iş axtaran şəxslərin hər 25 nəfərindən biri iş tapa bilir. Bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nümayəndəsi Sənnur Əliyev oktyabrın 7-də söyləyib.
Fərhad Kərimli hazırda regionşünaslıq ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirir. 22 yaşı var. Deyir, illərdir axtardığı iş elanlarında öz ixtisası üzrə vakansiya tapa bilmir:
“ Oxuduğum dörd il müddətində ixtisasıma uyğun heç bir iş tapa bilməmişəm. Bunun iki səbəbi var. Birincisi, həmin dövr ərzində cəmi 2 ya 3 vakansiya elan olunub. Əgər bu qədər iş qıtlığı varsa, niyə bu ixtisas keçirilir? Mənə maraqlıdır. Digər səbəb isə vakansiyalara müraciət etmişəm, heç bir geridönüş almamışam. Rədd cavabı belə almamışam”.
Rəsmi rəqəmlərə görə ölkədə işsizlik 6 faiz civarındadır. İqtisadçı Fərid Mehralızadə isə deyir, real rəqəmlər daha yüksəkdir: Deyir, hökumət real işsizlik səviyyəsini bir neçə addımda gizlədib.
Bu ilin əvvəlinə olan göstəricidə 20-24 yaşlılar qrupundakı şəxslər arasında işsizlik qadınlar arasında 16.4 faiz, kişilər arasında isə 12.3 faiz olub. Bunlar ölkə üzrə orta göstəricidən iki-üç dəfə yüksək rəqəmlərdir. Bəs gənclər arasında işsizliyin səviyyəsinin azaldılması üçün hansı addımlar atılmalıdır? Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin üzvü, deputat Arzu Nağıyev Toplum Tv-yə açıqlamasında bildirib ki, bu gün işlə təmin olunma məsələsi dövlət strukturundan özəl strukturlara keçməlidir:
Bəs vətəndaşlar nə düşünür? Toplum Tv paytaxt sakinlərindən gənclərin niyə iş tapa bilməməsinin səbəblərini soruşub.
Prezident İlham Əliyev “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması; gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi; gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması nəticələri göstərilsə də, sənəddə hər hansısa konkret rəqəmlər göstərilməyib.
Fərhad Kərimli universitetlərin şirkətlərlə əməkdaşlıq etməsini tövsiyə edir. Deyir, tələbələr də oxuduqları dövrdə ən azından praktika keçmək fürsətini qazansın ki, iş axtaranda təcrübəsizlik maneəsi ilə üzləşməsinlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06