Araşdırma

Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində - video 

Vüsalə Mikayıl
21 Avqust, 2022
781

Ölkədə əksər təhsil qurumlarının mühafizə xidmətləri üzrə keçirilən tenderlərdə “GESCO” ASC qalib gəlib.

“GESCO” təkcə 2022-ci ildə dəyəri 4 milyon manatdan çox 29 müqavilənin 27-ni təhsil müəssisələri ilə bağlayıb. Bura universitetlər, orta ixtisas və peşə liseyləri, digər təhsil müəssisələri daxildir.

Məsələn, Bakı Dövlət Universiteti bu il mühafizə xidməti üçün “GESCO”ya yarım milyon manatdan çox vəsait ödəyəcək. 

Gesco ASC-nin həmtəsisçisi İlham Nağıyevdir.

İ.Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Əli Nağıyevin oğludur.

2014-cü ildə Bakı şəhərində keçirilmiş müəllimlərin imtahanlarının təşkili və mühafizəsi “GESCO” ASC-yə həvalə olunub.

Bu İ.Nağıyevin 2013-2016-cı illərdə Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin rəhbəri olduğu vaxta təsadüf edir. 

Deməli, Nağıyevin öz şirkəti elə özünün müdir olduğu şöbənin elan etdiyi tenderdə qalib gəlib. 

O vaxtdan bəri bu sifarişləri "GESCO" qazanır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Araşdırma

"Akkord" Vasif Talıbovun ortağının əlinə necə keçdi?

Roza Məmmədova
6 Fevral 2023
“Akkord” ASC-nin keçmiş rəhbəri İlqar Hacıyev sement zavodunu geri istəyir. Mühacirətdə olan biznesmen indi Arkoz brendi ilə fəaliyyət göstərən zavodun yeni sahibi - türk iş adamı Emin Uçarı da məhkəməyə verəcəyini deyir.  Buna səbəb bir vaxtlar ona məxsus olan Akkord Holdinqin başına Türkiyəli iş adamı Emin Uçarın keçməsi olduğunu deyir. Hazırda xaricdə yaşayan İlqar Hacıyev danışır ki, 2007-ci ildə sement zavodunun proyektini hazırlayıb, 2013-cü ildə tikinti yekunlaşıb. Hətta Prezident də zavodun açılışında iştirak edib. Qısa müddət sonra Akkord Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan, Türkiyə, Əfqanıstan kimi ölkələrdə beynalxalq layihələr icra etməyə başlayıb. 2008-ci ildə akkord şirkətlər qrupu 4 milyard dollar civarında...
Araşdırma

Qocalan Azərbaycan - Gənclərin sayı niyə azalır?

Samirə Əli
6 Dekabr 2022
Azərbaycan əhalisi yaşlanır. Son 10 ildə yaşı 60-dan yuxarı olanların sayı  65% artıb.   Bunun bir səbəbi də 60 il öncə yaşanan uşaq bumudur.  İkinci dünya müharibəsi zamanı 27 milyondan çox insan itkisi  SSRİ rəhbərliyini doğumun təşviqi üçün addımlar atmağa sövq etdi. Çoxuşaqlı analara verilən “qəhrəman ana” mükafatları, təqaüdlər, subayların vergi ödəməsi çoxuşaqlılığı dəbə mindirdi. İndi çoxuşaqlılıq dəbdə deyil. 19 yaşa qədər olan Azərbaycan vətəndaşlarının sayı təxmini 2 faizədək azalıb. İqtisadçı Rövşən Ağayev apardığı araşdırmada bu nəticəyə gəlib.  Amma əhali qocalmasının səbəbi təkcə doğumun azalması deyil. Gənc nəslin ölkədən getməsi də nəsillər arasında balansı pozur.  5 il öncə yaşadığı Lerik...

Seçilmiş Videolar

Toplum TV loqo