Üç ildir ki, Azərbaycanda 500 mindən çox vətəndaşı, təxminən 350 min seçicini Milli Məclisdə təmsil edən deputat yoxdur.
Deputatsız qalan dairələr 14 saylı Xəzər, 120 saylı Cəbrayıl-Qubadlı, 101 saylı Göygöl-Daşkəsən, 43 saylı Sumqayıt üçüncü, 35 saylı Xətai üçüncü, 91 saylı Ucar, 9 saylı Binəqədi Seçki Dairəsidir.
"Yeni Müsavat" qəzetinin təsisçisi Rauf Arifoğlu son öparlament seçkilərində 35 saylı üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. İlkin nəticələrə görə, səs çoxluğu ilə prosesdə qalib gəlsə də, sonradan Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri ləğv olunmuşdu. Danışır ki, həmin zaman yenidən namizədliyini irəli sürmək üçün təkrar seçkilərin keçiriləcəyini gözləyirmiş. O, uzun müddətdir təkrar seçkilərin keçirilməməsini ölkədə baş verən proseslərlə əlaqələndirir:
Bəs üç ildən çoxdur, yüz minlərlə seçinin deputatsız qalması hüquqi məsuliyyət yaradırmı? Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin nümayəndəsi, seçkilər üzrə mütəxəsis Məmməd Məmmədzadə deyir, boş qalan 7 dairənin üçündə əlavə, dördündə isə təkrar seçkilər keçirilməli idi.
Qanunvericilkdə əlavə seçkilərin keçirilməsi ilə bağlı konkret müddət göstərilsə də, təkrar seçkilərlə bağlı müddəada bu əks olunmur. Məmməd Məmmədzadə bu baxımdan qanunvericilikdə problemlərin olduğunu, vətəndaşlarınsa üç ildir parlamentdə təmsilçilik, bərabərlik hüquqlarının pozulmasına vurğulayır.
Mütəxəsis əlavə edir ki,bu il təkrar seçkilərin keçirilməsini gözləmir. Deyir, adətən seçkilərin keçiriləcəyi il büdcədən daha çox vəsait ayrılır.
Hazırda deputatsız qalan, Xətai rayonunda yaşayan vətəndaşlar Toplum Tv-yə danışıblar ki, illərdir deputatlarının olub-olmamasından xəbərsizdirlər. Onlardan biri Sevinc Əkbərova illərdir, zibillikdən kauçuk yığaraq ailəsini dolandırır. Azyaşlı övladları isə məktəbə getmək əvəzinə, hər səhər onunla bərabər işə gedirlər. Danışır ki, nəinki deputatının kim olduğunu bilmir, bu vaxtadək heç bir dövlət qurumu qapısını açıb, vəziyyətini soruşmayıb.
Toplum TV-yə danışan ReAl partiyasının sədri İlqar Məmmədov deyir, təkrar seçkilərin keçirilməsi üçün boş qalan iki dairə ərazisində yaşayan vətəndaşlardan imza toplayıb prezidentə təqdim ediblər. Amma müraciətləri cavabsız qalıb.
Azərbaycanda 7 milyona yaxın seçici var. Son statistikaya görə bu rəqəm 6milyon 400 mindir. Ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçirilib. Bir qrup deputatlığa namizədliyini verən şəxslər və fəallar parlament seçkisində baş vermiş qanun pozuntularına etiraz ediblər, Həmin ilin fevralın 16-da Mərkəzi Seçki Komissiyası qarşısında aksiya keçiriblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Maşın bazarında qəbzsiz milyonlar - Dövlət Vergi Xidməti susur
Polis saxtakarlığı? Videogörüntülər həbs məkanının saxta olduğunu göstərir
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?