Maşın bazarında qəbzsiz milyonlar - Dövlət Vergi Xidməti susur
Ümid Ümidli Babək prospektində yerləşən maşın bazarında avtomobil detalları satmaqla məşğul imiş. Deyir, icarəyə götürdüyü dükana görə hər ay bazar rəhbərliyinə iki min manatdan çox pul ödəyirmiş. Amma bu pulun qarşılığında qəbz almaq istəyəndə bazar rəhbərliyi ona mənfi cavab verib.
Ümid Ümidlinin sözlərinə görə, bundan sonra bazar rəhbərliyilə münasibətləri korlanıb və daha orada qalıb işləyə bilməyib.
Həmin maşın bazarındakı başqa sahibkarlar da deyir ki, hər ay ödədikləri icarə pulunun qarşılığında onlara qəbz verilmir. Sahibkarlar düşünür ki, buna səbəb onlardan icarənin rəsmi qiymətindən artıq pul alınmasıdır. Bundan başqa icarə qiymətlərinin bahalığından da şikayətlənsələr də, kamera qarşısına çıxmaqdan imtina ediblər. Deyirlər, buradakı işlərindən olmaqdan qorxurlar.
Sahibkarlardan aylıq icarə pulunu yığdığı deyilən Rizvan adlı şəxs bunun əvəzində qəbz verməli olduğundan xəbərsiz olduğunu deyir.
Məsələ ilə bağlı maşın bazarının rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də, telefonlarımızı açan olmadı. Şikayətçi deyir, maşın bazarında icarəyə verilən ən az min dükan var. Minimum icarə haqqı isə iki min manatdır. Hər ay min sahibkardan alınan minimum icarə haqqını hesablayanda ortaya çıxan məbləğ iki milyon manatdır. Dövlət Vergi Xidməti isə nə şikayətçinin verdiyi məlumata, nə də bizim informasiya sorğumuza cavab vermir. Beləcə, maşın bazarında vergidən yayındırılan milyonların aqibəti bilinmir.
Şikayətçi Ümid Ümidli məhkəməyə müraciət edəcəyini deyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Polis saxtakarlığı? Videogörüntülər həbs məkanının saxta olduğunu göstərir
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?