Araşdırma

Polis saxtakarlığı? Videogörüntülər həbs məkanının saxta olduğunu göstərir 

Fatimə Mövlamlı
22 Aprel, 2023
1869

Bura Haşımovlar ailəsinin Yasamal rayonunda yerləşən evidir. Ailə üzvləri deyir, oğulları Məhəmməd Haşımov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıb. Məhəmməd Haşımov Aviasiya Akademiyasının Hüquq fakultəsində təhsil alırdı. Atası Habil Haşımov deyir, 29 mart tarixində Xətai rayon 34-cü polis bölməsindən ona zəng edib deyiblər ki, oğlu ilə bərabər bölməyə yaxınlaşsın. 

Habil Haşımovun sözlərinə görə, 34-cü polis bölməsində ona əsasən İranla bağlı suallar veriblər: 

“Biz orada olanda mənə bu sualı verdilər ki, sənin İranla bir əlaqən var? İrana gedib-gəlmisən? Mən bildirdim ki, xeyr. Oğluma da həmin sualı veriblər. Biz sadəcə namaz qılanıq, oruc tutanıq, inanclı insanlarıq.  

Haşımov deyir, onlara bütün bu sorğu-sualın səbəbi deyilməyib. Təqsirləndirilən şəxsin anası Zöhrə Haşımovanın sözlərinə görə 34-cü polis bölməsindən çıxdıqdan sonra evə qayıtmaq üzrə yola düşüblər. Amma polis bölməsindən gələn zəngdə onlara deyilib ki, bölməyə qayıtsınlar. Oğlunuza bir neçə sualımız da var. 

Ailə yenidən polis bölməsinə qayıdıb. Bölməyə daxil olduqdan sonra yaşananları Zöhrə Haşımova belə təsvir edir: 

“Biz elə təzəcə çatmışdıq ki, polislər gəlib oğlumu bizim əlimizdən alıb elə birinci mərtəbədə yerləşən tədqiqatçı otağına apardılar. Mən gözümlə görürdüm. Boylandım görüm ki, nə məsələdir, niyə mənim uşağımın ətrafında toplanıb başının üstünü kəsdirmisiniz? Oradakı polis əməkdaşları da məni güdür ki, otağa yaxın getməyim. Elə bir addım irəli atıram, üstümə gəlirlər ki, siz çıxın çölə. Mən sonradan bşa düşdüm ki, mənim övladıma orada əməliyyat qurublar. Orada onu fiziki təzyiqə məruz qoyub, narkotiklə şərləyiblər.” 

Məhəmməd Haşımovun saxlanılması ilə bağlı polisin yazdığı protokolda onun saat 21:50-də Xətai rayon ərazisində saxlanıldığı yazılıb. Ailə üzvləri isə əldə etdikləri təhlükəsizlik kameralarının görüntülərinə istinadən deyir ki, Məhəmməd həmin gün saat 21.43-də onlarla bərabər İnşaatçılar metrosu yaxınlığında, yəni Yasamal rayonunda olub.  

Məhəmməd Haşımovun atası deyir ki, oğlunun saat 21.50-də saxlanıldığını rəsmiləşdirsələr də, onların əlində saat 22:22-də polisin ikinci dəfə onları çağırması üzrə 34-cü polis bölməsinə qayıtmalarının görüntüsü var. 

Daxili İşlər Nazirliyininin sözçüsü Elşad Hacıyev bildirib ki, məsələdən xəbərdardırlar. Hazırda başlanılan cinayət işilə bağlı istintaq hərəkətləri davam etdirilir. Məhəmməd Haşımovun ailəsi əllərindəki maddi sübutlarla müvafiq qaydada istintaqa müraciət edə bilər. Haşımovlar deyir ki, istintaqa artıq müraciət etsələr də, hələ ki, onlara cavab verən yoxdur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Araşdırma

Maşın bazarında qəbzsiz milyonlar - Dövlət Vergi Xidməti susur

Fatimə Mövlamlı
16 May 2023
Ümid Ümidli Babək prospektində yerləşən maşın bazarında avtomobil detalları satmaqla məşğul imiş. Deyir, icarəyə götürdüyü dükana görə hər ay bazar rəhbərliyinə iki min manatdan çox pul ödəyirmiş. Amma bu pulun qarşılığında qəbz almaq istəyəndə bazar rəhbərliyi ona mənfi cavab verib.     Ümid Ümidlinin sözlərinə görə, bundan sonra bazar rəhbərliyilə münasibətləri korlanıb və daha orada qalıb işləyə bilməyib.     Həmin maşın bazarındakı başqa sahibkarlar da deyir ki, hər ay ödədikləri icarə pulunun qarşılığında onlara qəbz verilmir. Sahibkarlar düşünür ki, buna səbəb onlardan icarənin rəsmi qiymətindən artıq pul alınmasıdır. Bundan başqa icarə qiymətlərinin  bahalığından da şikayətlənsələr də, kamera qarşısına çıxmaqdan...
Araşdırma

“Bu ağacların məhv edilməsidir” – ekoloq

Fatimə Mövlamlı
28 Mart 2023
Bura Nəsimi rayonu ərazisində yerləşən Əlimərdan Topçubaşov küçəsilə, İman Qasımov küçəsinin kəsişməsidir.Bu ərazidə yaşayan Mətləb Nəsibov deyir ki, Yaşıllaşdırma Təsərüffatı Birliyinin əməkdaşları buradakı ağaclara budamaq adı ilə zərər verir. Sakinlərdən Sona Hacıyeva ağacların budanmasına niyə qarşı olduğunu belə izah edir: "Ağac budamanın vaxtı var da. İndi bu ağacların vegetasiya dövrüdür. Yəni, ağacın tumurcuqlanan, yarpaqlanan dövrüdür. Bu vaxt ağac kəsməzlər, budamazlar. Bu Regional Ekologiya İdarəsi hara baxır, bilmirəm. Nəyə əsasən bunları bura göndəriblər? Bu qədər özbaşınalıq olmaz. Biz açıq-aşkar görürük ki, bu ağacların məhvinə yönəlmiş hərəkətlərdir". Ərazidə ağacların necə budanmasını müşahidə edən ekoloq Sadiq Həsənov da vətəndaşların sözlərini təsdiqləyir: “Videolarla tanış...

Seçilmiş Videolar

Toplum TV loqo