Araşdırma

Qocalan Azərbaycan - Gənclərin sayı niyə azalır?

6 Dekabr, 2022
746

Azərbaycan əhalisi yaşlanır. Son 10 ildə yaşı 60-dan yuxarı olanların sayı  65% artıb.  

Bunun bir səbəbi də 60 il öncə yaşanan uşaq bumudur. 

İkinci dünya müharibəsi zamanı 27 milyondan çox insan itkisi  SSRİ rəhbərliyini doğumun təşviqi üçün addımlar atmağa sövq etdi. Çoxuşaqlı analara verilən “qəhrəman ana” mükafatları, təqaüdlər, subayların vergi ödəməsi çoxuşaqlılığı dəbə mindirdi.

İndi çoxuşaqlılıq dəbdə deyil. 19 yaşa qədər olan Azərbaycan vətəndaşlarının sayı təxmini 2 faizədək azalıb. İqtisadçı Rövşən Ağayev apardığı araşdırmada bu nəticəyə gəlib. 

Amma əhali qocalmasının səbəbi təkcə doğumun azalması deyil. Gənc nəslin ölkədən getməsi də nəsillər arasında balansı pozur. 

5 il öncə yaşadığı Lerik rayonunu tərk edib Almaniyaya gedən Azər Kazımzadə deyir, Almaniyaya gələn azərbaycanlıların sayı hər il getdikcə artır.

Mən sizə deyim, bunun təkcə iqtisadi səbəbləri yoxdur. Psixoloji, siyasi səbəbləri də var. ölkə nə dərəcədə yaşanıla bilər? Uzun müddət hakimiyyətin dəyişməməsi, insanlarda çox böyük xəyal qırıqlığı, ümidsizlik yaradır. İnsanlar həmişə dəyişikliyə ümid kimi yanaşırlar. Bu hakimiyyətin dövründə özümüzü tapmadıq, bəlkə yeni sistemdə taparıq.

Yaşlı əhalinin çox olması həm də dövlət büdcəsində balansı pozur – işləyib, vergi verənlərin sayı azalır, pensiya və müavinət alanların sayı artır.  Bəs əhalinin sürətlə qocalmasının yaratdığı fəsadların qarşısını almaq üçün Azərbaycan hökumətinin önləyici tədbirləri varmı?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Toplum TV-nin sorğusuna göndərdiyi cavabdan belə anlayırıq ki, onların fikrincə, Azərbaycanda əhalinin qocalması ahıllara göstərilən qayğının nəticəsidir. 

Ekspertlər nəsil balansını qorumaq üçün islahatlara ehtiyac olduğunu deyir. Ailələrin sosial durumunu yaxşılaşdırmaq üçün uşaqpulu müavinətinin verilməsi tələbilə müxalifət partiyaları dəfələrlə aksiya keçiriblər. Hökumət hələ ki, doğumun təşviqi ilə bağlı islahatlar barədə heç bir vəd vermir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində gənclərin azalması ilə bağlı ciddi problem görmürlər.  Nazirlik qeyd edir ki, Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir, əhalinin sabit artım tempi mövcuddur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Araşdırma

Maşın bazarında qəbzsiz milyonlar - Dövlət Vergi Xidməti susur

16 May 2023
Ümid Ümidli Babək prospektində yerləşən maşın bazarında avtomobil detalları satmaqla məşğul imiş. Deyir, icarəyə götürdüyü dükana görə hər ay bazar rəhbərliyinə iki min manatdan çox pul ödəyirmiş. Amma bu pulun qarşılığında qəbz almaq istəyəndə bazar rəhbərliyi ona mənfi cavab verib.     Ümid Ümidlinin sözlərinə görə, bundan sonra bazar rəhbərliyilə münasibətləri korlanıb və daha orada qalıb işləyə bilməyib.     Həmin maşın bazarındakı başqa sahibkarlar da deyir ki, hər ay ödədikləri icarə pulunun qarşılığında onlara qəbz verilmir. Sahibkarlar düşünür ki, buna səbəb onlardan icarənin rəsmi qiymətindən artıq pul alınmasıdır. Bundan başqa icarə qiymətlərinin  bahalığından da şikayətlənsələr də, kamera qarşısına çıxmaqdan...
Araşdırma

Polis saxtakarlığı? Videogörüntülər həbs məkanının saxta olduğunu göstərir 

22 Aprel 2023
Bura Haşımovlar ailəsinin Yasamal rayonunda yerləşən evidir. Ailə üzvləri deyir, oğulları Məhəmməd Haşımov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıb. Məhəmməd Haşımov Aviasiya Akademiyasının Hüquq fakultəsində təhsil alırdı. Atası Habil Haşımov deyir, 29 mart tarixində Xətai rayon 34-cü polis bölməsindən ona zəng edib deyiblər ki, oğlu ilə bərabər bölməyə yaxınlaşsın.  Habil Haşımovun sözlərinə görə, 34-cü polis bölməsində ona əsasən İranla bağlı suallar veriblər:  “Biz orada olanda mənə bu sualı verdilər ki, sənin İranla bir əlaqən var? İrana gedib-gəlmisən? Mən bildirdim ki, xeyr. Oğluma da həmin sualı veriblər. Biz sadəcə namaz qılanıq, oruc tutanıq,...

Seçilmiş Videolar

Toplum TV loqo