Araşdırma

Qocalan Azərbaycan - Gənclərin sayı niyə azalır?

Samirə Əli
6 Dekabr, 2022
285

Azərbaycan əhalisi yaşlanır. Son 10 ildə yaşı 60-dan yuxarı olanların sayı  65% artıb.  

Bunun bir səbəbi də 60 il öncə yaşanan uşaq bumudur. 

İkinci dünya müharibəsi zamanı 27 milyondan çox insan itkisi  SSRİ rəhbərliyini doğumun təşviqi üçün addımlar atmağa sövq etdi. Çoxuşaqlı analara verilən “qəhrəman ana” mükafatları, təqaüdlər, subayların vergi ödəməsi çoxuşaqlılığı dəbə mindirdi.

İndi çoxuşaqlılıq dəbdə deyil. 19 yaşa qədər olan Azərbaycan vətəndaşlarının sayı təxmini 2 faizədək azalıb. İqtisadçı Rövşən Ağayev apardığı araşdırmada bu nəticəyə gəlib. 

Amma əhali qocalmasının səbəbi təkcə doğumun azalması deyil. Gənc nəslin ölkədən getməsi də nəsillər arasında balansı pozur. 

5 il öncə yaşadığı Lerik rayonunu tərk edib Almaniyaya gedən Azər Kazımzadə deyir, Almaniyaya gələn azərbaycanlıların sayı hər il getdikcə artır.

Mən sizə deyim, bunun təkcə iqtisadi səbəbləri yoxdur. Psixoloji, siyasi səbəbləri də var. ölkə nə dərəcədə yaşanıla bilər? Uzun müddət hakimiyyətin dəyişməməsi, insanlarda çox böyük xəyal qırıqlığı, ümidsizlik yaradır. İnsanlar həmişə dəyişikliyə ümid kimi yanaşırlar. Bu hakimiyyətin dövründə özümüzü tapmadıq, bəlkə yeni sistemdə taparıq.

Yaşlı əhalinin çox olması həm də dövlət büdcəsində balansı pozur – işləyib, vergi verənlərin sayı azalır, pensiya və müavinət alanların sayı artır.  Bəs əhalinin sürətlə qocalmasının yaratdığı fəsadların qarşısını almaq üçün Azərbaycan hökumətinin önləyici tədbirləri varmı?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Toplum TV-nin sorğusuna göndərdiyi cavabdan belə anlayırıq ki, onların fikrincə, Azərbaycanda əhalinin qocalması ahıllara göstərilən qayğının nəticəsidir. 

Ekspertlər nəsil balansını qorumaq üçün islahatlara ehtiyac olduğunu deyir. Ailələrin sosial durumunu yaxşılaşdırmaq üçün uşaqpulu müavinətinin verilməsi tələbilə müxalifət partiyaları dəfələrlə aksiya keçiriblər. Hökumət hələ ki, doğumun təşviqi ilə bağlı islahatlar barədə heç bir vəd vermir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində gənclərin azalması ilə bağlı ciddi problem görmürlər.  Nazirlik qeyd edir ki, Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir, əhalinin sabit artım tempi mövcuddur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Araşdırma

Dələduzların toruna düşən ev alanlar nə etməlidir? - ARAŞDIRMA

Samirə Əli
1 Dekabr 2022
Yeni binalardan mənzil alanlar hələ onun sevincini yaşamamış, xəbər çıxır ki, evin başqa bir sahibi var. Artıq bu şikayətlər illərdir eşidilir.  Azər Talıbov Bərdədəki dam-daşını satıb, üz-tutub Bakıya. Bir müddət işləyib  2020-ci ildə özünə ev alıb. Elə problemlər də bundan sonra başlayıb. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qanunvericiliyə diqqət çəkir. Deyir, boşluqlar aradan qaldırılsa, ev alanlar da dələduzluqla məşğul olan tikinti şirkətlərinin toruna düşməz.  Azər Talıbov və həmin MTK-dan mənzil alan zərərçəkənlər apardıqları mübarizədə qalib gəlib. “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir. Amma belə hallar çox deyil. Yüzlərlə aldadılan vətəndaşların...
Araşdırma

İcbari tibbi sığorta "pripiskası"- ARAŞDIRMA

Vüsalə Mikayıl
29 Noyabr 2022
Tibbi sığortadan kimlər, necə faydalanır? Vətəndaşlar pulsuz xidmət, məmurlarsa korrupsiya imkanı əldə edib. Toplum TV-nin araşdırması göstərir ki, bəzi hallarda tibb müəssisələri göstərilməyən tibbi xidmətləri də rəsmiləşdirirmiş.    Prezidentin tərif etdiyi tibbi sığorta sistemindən Bakı sakini Sevda Əliyeva heç vaxt istifadə etməyib. Deyir, dövlət xəstəxanalarına etibarı yoxdur deyə, bütün tibbi xidmətləri özəl müəssisələrdən almağa üstünlük verir. Amma bu yaxınlarda sürprizlə qarşılaşıb. Elektron hökumət sistemində onun dövlət xəstəxanalarında aldığı xidmətlər haqqında qeydlər var.   İcbari tibbi sığorta sistemi belə qurulub ki, tibb müəssisələri və həkimlər də xidmət göstərdiyi hər bir xəstəyə görə məvacib alır. Sevda Əliyevaya göstərilməyən xidmət üçün də dövlət pul...

Seçilmiş Videolar

Toplum TV loqo