13:18, 13 Dekabr 2019 (Cümə) 124

Sabah Azərbaycanda hava necə olacaq?

Sabah Azərbaycanda hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında dekabrın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan daxilində 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 8-13, dağlarda 0-5, gündüz 2-6 dərəcə isti olacaq.