14:53, 20 May 2020 (Çərşənbə) 119

İranda pandemiya qurbanlarının sayı artıb

İranda pandemiya qurbanlarının sayı artıb
İranda koronavirusa yoluxanların sayı artıb.

"Report” xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 2 346 nəfərdə koronavirus aşkarlandığı və bununla da yoluxma faktlarının sayı 126 949-ə çatdığını açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 64 nəfər artaraq 7 183 nəfərə yüksəlib.

O həmçinin 2 673 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb. Bundan başqa, indiyədək 98 808 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.