10:37, 21 May 2020 (Cümə axşamı) 187

Ukraynada koronavirusdan ölənlərin sayı artıb

Ukraynada koronavirusdan ölənlərin sayı artıb
Ukraynada daha 476 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 19 706-ya çatıb.

"Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 15 nəfər artaraq 579-a yüksəlib.

İndiyədək Ukraynada 6 227 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 329 mindən çoxu isə ölüb.