10:31, 28 May 2020 (Cümə axşamı) 149

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb
Gürcüstanda koronavirusa 3 yeni yoluxma halı təsdiqlənib.
 
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 738-ə çatıb. Onların 573-ü artıq sağalıb, 12 nəfər isə ölüb.

Hazırda ölkə üzrə karantində 3 076, stasionar nəzarətdə isə 250 nəfər saxlanılır.