10:30, 29 May 2020 (Cümə) 196

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb
Gürcüstanda daha 8 nəfərdə koronavirus aşkarlanıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların sayı 746-ya çatıb. Onların 576-sı müalicə olunaraq sağalıb, 12-si isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 2 966, stasionar nəzarətdə isə 250 nəfər saxlanılır.