12:07, 29 May 2020 (Cümə) 115

Neft bahalaşıb

Neft bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,71 ABŞ dolları, yaxud 2,02% artıb. 

"Report" xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 35,84 ABŞ dolları təşkil edib. 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.