14:54, 31 May 2020 (Bazar) 115

İranda pandemiya qurbanlarının sayı artıb

İranda pandemiya qurbanlarının sayı artıb
İranda koronavirusa yoluxanların sayı yenə artıb.

"Report” xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə daha 2 518 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 151 466-ya çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 63 nəfər artaraq 7 797 nəfərə yüksəlib.

O həmçinin 2 527 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 118 848 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.