10:16, 23 İyul 2020 (Cümə axşamı) 94

Təbii qaz ucuzlaşıb

Təbii qaz ucuzlaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

"APA-Economics"in məlumatına görə, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,12% azalaraq 1,692 ABŞ dolları təşkil edib.