10:24, 31 İyul 2020 (Cümə) 567

Neft ucuzlaşıb

Neft ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,22 ABŞ dolları, yaxud 2,71% azalıb.
 
"Report" xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 43,89 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.