17:04, 07 Sentyabr 2020 (Bazar ertəsi) 290

Son bir günə olan yoluxma sayı: 89 nəfər

Son bir günə olan yoluxma sayı: 89 nəfər
Azərbaycanda daha 89 nəfər koronavirusa yoluxub, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2030 nəfərdir.