19:29, 08 Sentyabr 2020 (Çərşənbə axşamı) 225

Son bir günə olan yoluxma sayı: 139 nəfər

Son bir günə olan yoluxma sayı: 139 nəfər
Azərbaycanda daha 139 nəfər koronavirusa yoluxub, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.