18:22, 19 Sentyabr 2020 (Şənbə) 85

Son bir günə olan yoluxma sayı: 148 nəfər

Son bir günə olan yoluxma sayı: 148 nəfər
Azərbaycanda daha 148  nəfər koronavirusa yoluxub, 177 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 39 min 42 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib. Aktiv xəstə sayı 1867 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 47 min 906 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.