12:02, 13 İyul 2020 (Bazar ertəsi) 272

26 Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunur

26 Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunur
Türkiyədə qalan 26 Azərbaycan vətəndaşı Gürcüstan vasitəsilə Vətənə təxliyə olunur.

Bu barədə "Report” məlumat yayıb.

Hazırda vətəndaşlar Gürcüstan ərazisinə "Sarpi" sərhəd-keçid məntəqəsindən daxil olurlar. Onlar koronavirusla bağlı Türkiyədə testdən keçiblər və arayış əldə ediblər.

Həmin şəxslərin səfirliyin dəstəyi ilə bu gün ərzində "Qırmızı körpü" sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbayacana keçməsi təmin olunacaq.