15:09, 20 Noyabr 2020 (Cümə) 54

27 ildən sonra Ağdamın cümə məscidində azan səsləndi - VİDEO

27 ildən sonra Ağdamın cümə məscidində azan səsləndi - VİDEO
Bu gün işğaldan azad edilən Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirilib.
 
Azərbaycanın bir qrup din xadimi noyabrın 20-də Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər. Dindarlar məsciddə azan verib, namaz qılıblar.

Azərbaycan Respublikasının prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidentinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.