16:59, 09 Sentyabr 2020 (Çərşənbə) 226

30 ildir ki, dərzi işləyən Əli Babayev: “Karantin çox pis təsir etdi”

30 ildir ki, dərzi işləyən Əli Babayev: “Karantin çox pis təsir etdi”
Əli Babayev 30 ildir ki, dərziliklə məşğul olur. 

O, bu sənətə məktəb vaxtlarından başladığını, dərziliyə uşaq vaxtından marağı, sevgisi olduğunu deyir:  "Dərzilikdən xoşum gəlirdi. Özümün söküb-tikməyə marağım vardı”.

 
Onun sözlərinə görə, bu sənəti dərzilərin əlinə baxaraq öyrənib. Daha sonra isə dərzilik onun peşəsinə çevrilib.

"16 yaşdan bu sahə ilə məşğulam”

Dərziliyə gənc yaşdan başlayan Əli Babayev deyir ki,  bu sahəyə öz istəyi ilə gəlib.

Amma bir müddət ara verməli olub. Məktəbi bitirdikdən sonra, 1992-ci ildə hərbiyə yollanıb, 1994-cü ildə isə yaralanıb, Qarabağ veteranı adını alıb.

Sonradan yenidən öz işi ilə məşğul olmağa başlayıb.

"Karantin çox pis təsir etdi”

Dərzi deyib ki, karantin rejimi onun işinə problem yaradıb, dolanışığını çətinləşdirib. Elə orada olan zamanda da müştərilərinin az olduğu gözə çarpırdı.

Əli Babayev ona bu karantin rejimi vaxtında 2 dəfə yardım edildiyini desə də, bu ona kömək etməyib. 

Dərzi yardımın onun qazancından çox aşağı olduğunu deyib: "Ancaq vermeşil, makaron, duru yağ kimi ərzaq verdilər”.

"Qazancım nə yaxşıdır, nə də pis”

Qazancının pis-yaxşı olduğunu deyən Əli Babayev sərt karantin rejimində heç olmasa, müəyyən güzəştlərin, işləmə vaxtının ayrılmasının ona müəyyən qədər kömək olacağını bildirib.
 

 
 

 
Elmar Əziz