15:59, 09 Dekabr 2019 (Bazar ertəsi) 200

34 yaşlı Sanna Marin Finlandiyanın Baş naziri olub

34 yaşlı Sanna Marin Finlandiyanın Baş naziri olub


/ DÜNYA
O, dünyanın ən gənc Baş naziri hesab edilir

Finlandiyanın Nəqliyyat naziri Sanna Marin ölkənin Sosial Demokratlar Partiyasına rəhbərlik etmək üçün seçilib və ölkənin ən gənc Baş naziri olub, - "Guardian” xəbər verir.

Marin ölkənin bu günə qədər seçilmiş ən gənc lideridir və Finlandiyanın üçüncü qadın Baş naziridir.

Partiyası beş üzvlü idarəetmə koalisiyasında ən böyüyü olan 34 yaşlı Marin vəzifəyə başladıqdan sonra dünyanın ən gənc baş naziri olacaq. O, həmçinin Finlandiyanın üçüncü qadın hökumət rəhbəridir.

Aprel seçkilərində Finlandiyanın ən böyük partiyası olaraq ortaya çıxan Sosial Demokrat 5,5 milyon əhaliyə sahib ölkədə öz üzvlərindən birini Baş nazir vəzifəsinə təyin edə bilər.

Onun təyinatı Antti Rinnenin çərşənbə axşamı istefasında sonra baş tutub. Rinne koalisiyadakı bir partiyanın ona etimadını itirdiyini elan etdikdən sonra istefa verib. Belə ki, partiya Rinnenin poçt tətilini nizamlamaq siyasətindən məmnun qalmayıb.

"Bizim inamımızı bərpa etmək üçün çox işimiz var”, Marin partiya rəhbərliyi arasında səs topladıqdan sonra jurnalistlərə açıqlamasında deyib:

"Yaşım və ya cinsiyyətim haqda heç vaxt düşünməmişəm. Siyasətə girməyimin səbəblərini və mənə seçicilərin etimadını qazandıran şeyləri düşünürəm”.

Finlandiyanın koalisiya hökumətindəki digər dörd partiyaya da qadınlar rəhbərlik edir: Sol Alyansa 32 yaşlı Li Anderson, Yaşıl Liqaya 34 yaşlı Maria Ohisalo, Mərkəz Partiyasına 32 yaşlı Katri Kulmuni və İsveç Xalq Partiyasına isə 55 yaşlı Anna-Maja Henriksson.

Finlandiyanın ən böyük qəzeti "Helsingin Sanomat” və "İlta-Sanomat” tabloidinin verdiyi məlumata görə, Marin dünyanın ən gənc Baş naziri olacaq. Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern 39 yaşında, Ukraynanın baş naziri Oleksiy Honcharuk isə 35 yaşındadır. Şimali Koreyanın lideri Kim Çenin (Kim Jong) isə 35 yaşı olduğu bildirilir.

Marin 27 yaşında sənaye şəhəri olan Tamperedə şəhər məclisinin başçısı olduqdan sonra Fin siyasətində sürətlə irəliləyib.