16:57, 29 Yanvar 2020 (Çərşənbə) 166

429 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

429 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 429 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, beynəlxalq müşahidəçilərlə bağlı çoğrafi baxımdan analoqu olmayan hal baş verib.

"Dünya ölkələrinin böyük əksəriyyəti Azərbaycana müşahidəçilərini göndərir”, - deyə o qeyd edib.

Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.