Sosial

Abituriyentlərin Elektron Hökumət Portalı problemi

25 Sentyabr, 2020
564
Ekspert: "Qeydiyyat üçün xeyli sayda kağız formada sənədlər tələb olunur"

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Elektron Hökümət Portalının işləməməsinə münasibət bildirib.
 

 
Bu barədə ekspert "Facebook” hesabında yazıb.

O qeyd edib ki, Elektron Hökumət Portalının işləməməsi abituriyentlər üçün bir sıra problemlər yaradıb: "Universitetlərə qəbul olunan abituriyentlərdən qeydiyyat üçün xeyli sayda kağız formada sənədlər tələb olunur. Bu sənədlərin əksəriyyəti müvafiq dövlət qurumlarının məlumat bazalarında, elektron formada var”.

Onun sözlərinə görə, qurumlar arasında kordinasiya və inteqrasiya yoxdur. 

O həmçinin mövcud hüquqi bazada "e-gov” quruculuğu baxımından sadələşmə və optimallaşma aparılmadığından sənədlərin yenidən kağız formasında tələb olunduğunu deyir.

Forumun prezidenti vətəndaşların hələ də "e-gov”un üstünlüklərindən yetərincə bəhrələnə bilmədiklərini də bildirir: "Beləliklə, illərdir e-gov quruculuğu apardığımız halda, hələ də vətəndaşlardan aşağıdakı sənədlər tələb olunur:

1. Şəxsiyyət vəsiqəsinin, bəzi hallarda isə doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti; 
2. Müvafiq ixtisasa qəbul olunmaqla bağlı DİM-dən sənəd; 
3. Hərbi biletin, çağırışçı vəsiqəsinin scan edilmiş surəti; 
4. Attestatın əslinin scan edilmiş surəti;
5. Abituriyentin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti; 
6. Valideynlərin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
7. Abituriyentin əlilliyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti və s.” 

O.Gündüz, bu məlumatların hər birinin elektron formada müvafiq dövlət qurumların bazalarında olduğunu da qeyd edib: ""E-gov”un əsas mahiyəti isə ondan ibarətdir ki, əgər vətəndaş haqqında hər hansı bir məlumat bir dövlət qurumunda varsa, digər dövlət qurumları həmin məlumatı vətəndaşdan yenidən tələb etməməlidir. Göründüyü kimi, hələlik buna əməl olunmur”. 

Təhsil Nazirliyi isə "Toplum.Tv"nin informasiya sorğusunab cavabında bu mövzunun gündəlikdə olmadığını bildirib 

Elməddin Şamilzadə

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo