12:55, 08 Dekabr 2019 (Bazar) 182

ABŞ-da hərbi təhsil alan xarici tələbələr barədə araşdırma başlanıb

ABŞ-da hərbi təhsil alan xarici tələbələr barədə araşdırma başlanıb


/ DÜNYA
ABŞ-ın Florida ştatında hərbi bazada baş vermiş silahlı insidentdən sonra bu ölkədə təhsil alan xarici hərbi tələbələr üçün yoxlamalar aparılır. 

"RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper jurnalistlərə açıqlamasında bildirib.

Pentaqon rəhbəri qeyd edib ki, ABŞ-a gələn xarici tələbələr düzgün seçilməli və onların hərtərəfli yoxlanılması təmin edilməli, kim olduqları dərindən bilinməlidir. O, əlavə edib ki, bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməkdədir.
 
Xatırladaq ki, cümə günü Floridadakı Pensakola hərbi bazasında Səudiyyə Ərəbistanından olan Məhəmməd Səid əl-Şamraninin silahdan açdığı atəş nəticəsində dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb. ABŞ-ın müvafiq hüquq-mühafizə orqanları tərəfindən hərbçi tələbənin terrorçularla əlaqəsinin olub-olmadığı müəyyənləşdirilir. 

Əl-Şamrani hərbi bazada 2017-ci ilin avqustundan təhsil alır. Bazada ailə üzvləri də daxil olmaqla 23 minə yaxın hərbçi və mülki şəxs yaşayır.