13:07, 14 İyul 2020 (Çərşənbə axşamı) 215

ABŞ Dövlət Departamenti cəbhədə baş verənlərlə bağlı bəyanat yayıb

ABŞ Dövlət Departamenti cəbhədə baş verənlərlə bağlı bəyanat yayıb
"Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan beynəlxalq sərhədində baş verən zorakılıqları ən qəti şəkildə qınayır.”

Bu bəyanatla ABŞ Dövlət Departamenti çıxış edib.

"Biz tərəfləri dərhal qüvvədən istfadəni dayandırmağa, mövcud birbaşa kommunikasiya kanallarından istifadə edərək eskalasiyanın qarşısını almağa və atəşkəsə ciddi şəkildə riayət etməyə çağırırıq.”

Bəyanatda qeyd olunur ki, ATƏT Minsk Qrupunun həmsədri olaraq Birləşmiş Ştatlar Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə dayanıqlı şəkildə həll edilməsinə sadiq qalır.

"Biz həmin məqsədə nail olmaq üçün aktiv şəkildə səylərimizi davam etdirəcəyik.”

Rəsmi Vaşinqton Minsk Qrupu həmsədrlərinin danışıqları bərpa etmək çağırışına qoşularaq tez bir zamanda ATƏT monitorlarının regiona qayıtmasının əhəmiyyətini vurğulayıb.

ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) and Endryu Şofer (ABŞ) Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı bəyanat yayıblar.

Bəyanatda sərhəddə baş verən atəşkəsin pozulması nəticəsində həyat itkisi baş verdiyi və ağır artilleriyadan istifadə olunduğu vurğulanır.

Həmsədrlər toqquşmalarda ailə üzvlərini itirənlərə başsağlığı verərək kədərlərini fiadə ediblər.

"Minsk Qrupu həmsədrləri baş vermiş atəşkəs pozuntularını pisləyir və tərəfləri eskalasiyasnın qarşısını almaq üçün bütün mümkün tədbirlər görməyə, o cümlədən mövcud birbaşa kommunikasiya xətlərindən istifadə etməyə çağırırlar," bəyanatda deyilir.

Həmsədrlər həmçinin tərəfləri tez bir zamanda danışıqları bərpa etməyə çağırıblar.
 
amerikaninsesi.org