Dünya

ABŞ korrupsiya və insan hüquqlarının pozulmasına qarşı yeni tədbirlər görür

11 Dekabr, 2019
456
ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə axşamı bildirib ki, Birləşmiş Ştatlar bu və ötən həftə ərzində insan hüquqlarının pozulması və korrupsiya ilə əlaqədar olaraq 72 nəfəri "Maqnitski Qanunu” əsasında sanksiya siyahısına salıb.
 
AmerikanınSəsi xəbər verir ki, onun sözlərinə görə, bu addımlar "ABŞ-ın qanunu pozanlar, beynəlxalq səviyyədə tanınmış insan hüquqları standartlarına hörmət etməyən və beynəlxalq siyasi və iqtisadi sistemlərin sabitliyini təhdid edənlər üçün əhəmiyyətli nəticələrin olduğunu təmin etmək məqsədilə tədbirlər gördüyünü göstərir".

Təkcə 2019-cu ildə "Maqnitski Qanunu" çərçivəsində 97 nəfər və şirkət sanksiya ilə üzləşib. "Biz bu vasitələrdən dünyada insan hüquqlarının pozulması və korrupsiya ilə mübarizə üçün 2020-ci ildə və bundan sonra istifadə etməyə davam edəcəyik" - deyə, Pompeo açıqlama verib.

Dövlət katibi xarici tərəfdaşların, o cümlədən Avropa İttifaqının səylərini yüksək qiymətləndirib və insan hüquqlarının pozulması halları və korrupsiyanın ifşasında mühüm rol oynayan vətəndaş cəmiyyəti və jurnalistlərin cəsarətini xüsusi qeyd edib.

Dövlət Departamenti Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ABŞ-ın dünyada insan hüquqlarını qorumaq öhdəliyini vurğulayıb və iki xarici rəsmi nümayəndənin sanksiya siyahısına daxil edildiyini elan edib. Bunlar Səudiyyə Ərəbistanının İstanbuldakı keçmiş baş konsulu Məhəmməd Əl-Otaibi və Çeçenistanın Daxili İşlər Nazirliyinin Qroznı şəhər idarəsinin rəhbəri Aslan İrasxanovdur.

Əl-Otaibiyə qarşı görülən tədbirlər səudiyyəli jurnalist Camal Xaşucqinin qətlinə növbəti cavablardan biridir. "Dövlət Departamenti Səudiyyə Ərəbistanı hökumətini Xaşuqcinin ölümünə görə məsuliyyət daşıyanların hamısı ilə bağlı tam, dürüst və şəffaf bir məhkəmə keçirməyə və bütün əlaqəli şəxsləri məsuliyyətə cəlb etməyə çağırmağa davam edir" - deyə, Dövlət Departamentinin açıqlamasında qeyd edilib.

İrasxanov insan hüquqlarının ciddi pozulmasında roluna görə sanksiyalar siyahısına daxil edilib. Dövlət Departamentinin açıqlamasında qeyd olunduğu kimi, onun 27 nəfərin məhkəmədənkənar edamına görə məsuliyyət daşıdığına dair etibarlı dəlillər var.
 
"Çeçenistanda insan hüquqlarının kobud şəkildə pozulması, o cümlədən məhkəmədənkənar qətllər, işgəncələr, məcburi qaçırılmalar və hakimiyyət orqanları tərəfindən əsassız həbslərin davam etdiyini narahatlıqla qeyd edirik. Rusiya hökuməti bu pozuntularda iştirak edən məmurları məsuliyyətə cəlb etmək və cəzalandırmaq üçün müvafiq tədbirlər görmür və bu da cəzasızlıq mühitini yaradır", - Dövlət Departamentinin açıqlamasında bildirilib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo