11:01, 25 Mart 2020 (Çərşənbə) 291

ABŞ prezidenti Cənubi Koreyadan tibbi avadanlıqlar istəyib

ABŞ prezidenti Cənubi  Koreyadan tibbi avadanlıqlar istəyib
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya Prezidenti Mun Çje-İn arasında telefon danışığı olub.

APA-nın verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Donald Tramp koronavirusla mübarizə üçün Cənubi Koreyanın mümkün olduğu təqdirdə ABŞ-a tibbi avadanlıqlar göndərməsini xahiş edib. Lakin Cənubi Koreya Prezidentinin mətbuat xidməti Donald Trampın hansı tibbi avadanlıqların göndərilməsini istədiyini açıqlamayıb. Ağ Ev iki prezident arasında telefon danışığının baş tutduğunu təsdiqləsə də digər detallar barədə məlumat verməyib.